Zərdabda iki gün əvvəl baş verən yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölüb.

Sentyabrın 23-də rayon sakini Azəri Ülvi Zahirəli oğlunun idarə etdiyi “Hyundai Elantra” markalı avtomobil idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb.

Xəstəxanaya yerləşdirilən sürücünün həyatını xilas etmək mümkün olmayıb.