10 milyonluq qızılla tutulan polkovnik Qəhrəman Məmmədovun cəzası azaldıldı

📌 İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədovun apellyasiya şikayətinə baxılıb.

⚖️ Bakı Apellyasiya Məhkəməsi onun bəraət tələbini təmin etməyib. Lakin cəzası 6 ildən 5 il 6 aya endirilib.

💰 Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dakı hərbi attaşesinin baş köməkçisi vəzifəsində çalışmış Qəhrəman Məmmədovun çantasında 10 milyon manat dəyərində 70 kiloqram qızıl külçə aşkarlanıb.