14 yaşlı qızın ailəsində zorakılığa məruz qaldığı və indiyədək məktəbə getmədiyi bildirilir.

👧 “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, qız atasını itirdikdən və anası yenidən ailə qurduqdan sonra ağır münasibətlə üzləşib.

🏠 Bibilərinin müraciətindən sonra aidiyyəti qurumlar uşağı ailədən götürərək sığınacağa yerləşdiriblər.

📚 Məlumata görə, yeniyetmə hazırda sığınacaqda ilk dəfə əlifbanı öyrənir və təhsilə başlayır.