Bakıda bir restoranda təqdim olunan hesab sosial şəbəkələrdə geniş müzakirələrə və narazılığa səbəb olub.
"Real Azərbaycan" xəbər verir ki, “Cənnət Gəncə” restoranında üç qutab üçün 75, əlavə salat və sularla birlikdə isə ümumilikdə 160 manatdan çox hesab alınmasından bəhs olunub.
Araşdırma zamanı məlum olub ki, adıçəkilən restoranı məşhur iş adamı Araz Mehdiyev işlədir.
Məlumata görə, Rusiyada çoxsaylı biznes obyektlərinə sahib olduğu bildirilən iş adamının Bakıda fəaliyyət göstərən restoranında təqdim olunan hesabın məbləği sosial şəbəkə istifadəçilərinin təəccübünə səbəb olub.
İctimai müzakirələrdə əsas diqqət sifariş edilən qutabın sayı ilə təqdim olunan hesab arasındakı uyğunsuzluğa yönəlib. Səslənən tənqidlərdə, həmçinin adıçəkilən restoranda müştərilərə qəbz verilmədiyi də xüsusi vurğulanıb. (Gununsesi.info)
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.