Abşeronda 23 motosikletçi saxlanıldı
Abşeronda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-profilaktik tədbirlər zamanı çoxsaylı hüquqpozmalar aşkarlanıb.
🔊 Gecə saatlarında yüksək səs-küy yaradaraq sakinlərin istirahətini pozan 23 motosiklet sürücüsü inzibati məsuliyyətə cəlb edilib.
🔍 Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 8 fakt aşkarlanıb, axtarışda olan 5 nəfər saxlanılıb, 15 cinayətin üstü açılıb.
▪️ Qanunsuz küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 32, xırda xuliqanlıq və xırda talama ilə əlaqədar 60 fakt müəyyən edilib.
🚔 Sərxoş vəziyyətdə avtomobil idarə edən 3 sürücü barəsində inzibati tədbir görülüb.
⚖️ Masazırda avtoxuliqanlıq edən və narkotikin təsiri altında qəza törədən iki sürücünün sürücülük hüququ müvafiq olaraq 1 və 2 il müddətinə məhdudlaşdırılıb.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.