Anar Ələkbərov Milli Qəhrəman Pəncəli Teymurovun anasını ziyarət etdi

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov Astaranın Əzərud kəndində Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun ailəsində qonaq olub.

O, Milli Qəhrəmanın qardaşı Elbrus Teymurovun oğlunun xeyir işində iştirak edib, daha sonra Pəncəli Teymurovun anası Vahimə ana ilə görüşüb.

Anar Ələkbərov bildirib ki, belə ünvanlara hər gəlişdə təsviredilməz hisslər yaşanır və qəhrəmanlar yetişdirən analara hörmət edir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq.