Ardan Zentürk: Dünyəvilikdən uzaqlaşsanız, Qafqaz və Orta Asiya yolunu unudun

💬 Türkiyəli jurnalist Ardan Zentürk Azərbaycanla bağlı başörtüsü müzakirələrinin Türkiyədə kampaniyaya çevrildiyini bildirib.

Onun sözlərinə görə, Şuşa Bəyannaməsi ilə möhkəmlənən Azərbaycan-Türkiyə qardaşlığını pozmağa yönəlmiş cəhdlərə imkan verilməməlidir.

📌 Zentürk türk dövlətlərinin bir-birinin daxili işlərinə müdaxiləsinin təhlükəli olduğunu vurğulayıb: “Biz Azərbaycanın, onlar da Türkiyənin daxili məsələlərinə qarışmamalıdır”.

🇦🇿 O, Prezident İlham Əliyevin mövqeyinə də toxunaraq bildirib ki, Azərbaycan gücləndikcə və müstəqil siyasət apardıqca təzyiqlər artacaq:

“İşlərimizə qarışmasınlar, həyat tərzimizə burunlarını soxmasınlar və bizə yol göstərməsinlər” mesajı çox aydındır.