Astarada ağır yol-nəqliyyat hadisəsi baş verib.
Təxtənəkəran kəndində “Ford Transit”lə “Niva” toqquşub. Qəza nəticəsində “Niva”nın 69 yaşlı sürücüsü Gülağa Əliyev, oğlu və iki nəvəsi xəsarət alıb.
Vəziyyəti ağır olan Gülağa Əliyev xəstəxanada vəfat edib.
İlkin məlumata görə, qəzaya “Ford Transit”in əyləc sistemində yaranan nasazlıq səbəb olub.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.