Azər Qasımovun qardaşının həbsi tələb edilib
▪️ Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Azərbaycanın Sankt-Peterburqdakı sabiq baş konsulu Sultan Qasımovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.
▪️ Zərərçəkənin vəkili onun barəsindəki qətimkan tədbirinin dəyişdirilərək həbs olunmasını, müdafiə tərəfi isə işin ibtidai istintaqa qaytarılmasını istəyib. Məhkəmə hər iki vəsatəti təmin etməyib.
▪️ İttihama görə, iki zərərçəkənə 200 min manatdan çox ziyan dəyib. Bu məbləğin bir hissəsi istintaq zamanı ödənilib.
📅 Növbəti məhkəmə iclası oktyabrın 13-də saat 09:30-da keçiriləcək.
▪️ Sultan Qasımov Azərbaycan Prezidentinin keçmiş mətbuat katibi Azər Qasımovun qardaşıdır.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.