Azərbaycanda daxili yanma mühərrikli minik avtomobillərinin mərhələli şəkildə istismardan çıxarılması planlaşdırılır.

⚡ Strategiyaya əsasən, 2035-ci ilədək elektromobillərin sərnişin avtomobil parkındakı payının artırılması və onların tətbiqinin təşviq proqramları ilə dəstəklənməsi nəzərdə tutulur.

📉 Eyni zamanda, daxili yanma mühərrikli avtomobillərin ilkin mərhələdə istismardan çıxarılması planlaşdırılır.

🌱 2060-cı ilədək isə sərnişin avtomobil parkında elektrik və digər alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin payının 100%-ə çatdırılması hədəflənir.