Azərbaycanın təşəbbüsü BMT-də qəbul edildi

🌐 Azərbaycanın təşəbbüsü ilə irəli sürülən “İtkin düşmüş şəxslər” adlı qətnamə BMT Baş Assambleyasının Üçüncü Komitəsində konsensusla qəbul edilib. Qətnaməyə 63 dövlət həmmüəllif olub.

📌 Sənəddə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, kütləvi məzarlıqların aşkarlanması və qorunması, həmçinin bu sahədə dövlətlərarası əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.