Azərbaycanlı biznesmenin sponsor olduğu klubun rəhbəri beynəlxalq axtarışa verildi

Rusiyanın “Ximki” futbol klubunun rəhbəri Həsən Cioyev beynəlxalq axtarışa verilib.

🇷🇺 Rusiya Baş Prokurorluğunun məlumatına görə, Cioyev “Alaniya” – “Ximki” oyununun baş hakiminə 2 milyon rubl rüşvət verməkdə şübhəli bilinir.

2023-cü ildə keçirilən qarşılaşma “Ximki”nin 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Ximki” klubunun investoru azərbaycanlı biznesmen Tufan Sadıqovdur.