Azərişıq”: Yasamalın bəzi ərazilərində işıq olmayacaq

Bu gün saat 10:00-dan 13:00-dək təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

📍 Məhdudiyyət Şərifzadə, Bəşir Səfəroğlu, İzmir, Xiyabani, Mirəli Seyidov, Nəriman Nərimanov küçələri, Tbilisi prospekti və Yeni Yasamal-2 yaşayış massivinin bir hissəsini əhatə edəcək.