Bakıda 14 küçə və prospekt təmirə bağlanacaq
🏙️ Paytaxtda yol infrastrukturunun yenilənməsi çərçivəsində 90 küçə və prospektdə təmir işləri artıq yekunlaşıb.
📌 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, 12 inzibati rayonu əhatə edən proqram üzrə ümumilikdə 110 küçə və prospektin yenilənməsi nəzərdə tutulub.
✅ Hazırda layihənin 82 faizi icra olunub.
🛣️ Daha 6 küçə və prospektdə təmir işləri davam edir, növbəti mərhələdə isə 14 küçə və prospektdə yenilənmə işləri aparılacaq.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.