Bakıda 5 milyon manatdan artıq dələduzluqda təqsirləndirilən Sirac Səmədov və Sahil Nəhmətovun məhkəməsi davam edib.
💰 Zərərçəkənlərdən biri ona 1,5 milyon manat, digərləri isə 900 min və 755 min manat ziyan vurulduğunu bildirib.
🏠 İttihama görə, təqsirləndirilən şəxslər mənzil, avtomobil və digər əmlaklarla bağlı etibardan sui-istifadə edərək vətəndaşlara ümumilikdə 5 milyon manatdan çox ziyan vurublar.
🔒 Sirac Səmədov həbsdədir, Sahil Nəhmətov barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Növbəti məhkəmə iclası dekabrın 9-na təyin olunub.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.