Bakıda avtoxuliqanlıq edən sürücü həbs edilib

🚘 Lent.az-ın Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə istinadən məlumatına görə, yol hərəkəti qaydalarını dəfələrlə pozaraq digər sürücülərə təhlükə yaradan “Subaru”nun sürücüsü İlkin Məmmədov saxlanılıb.

⚖️ Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati həbs edilib, sürücülük hüququ isə 1 il müddətinə məhdudlaşdırılıb.