Bakıda güclü külək müşahidə olunur

Oktyabrın 19-u saat 13:00-a olan məlumata görə, Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti davam edir.

Şimal-qərb küləyinin maksimal sürəti 18–20 m/s, bəzi yerlərdə isə arabir 25–27 m/s-yə çatır.