Bakıda Nizami rayonu, Naxçıvanski küçəsi 76-da yaşayan sakinlər liftin tez-tez sıradan çıxmasından şikayət edirlər.

🏢 Sakinlərin sözlərinə görə, lift artıq 12 gündür işləmir və yuxarı mərtəbələrdə yaşayanlar, xüsusilə yaşlılar və uşaqlı ailələr ciddi çətinlik yaşayırlar.

📞 Şikayətçi problemin dəfələrlə bildirildiyini, lakin davamlı həll olunmadığını deyib.

🔧 “Lifttəmir” İstehsalat Birliyindən isə bildirilib ki, liftin detalı xarab olub, lakin sakinlər ödəniş etmədiyi üçün təmir həyata keçirilə bilmir.