Bakıda uşaq arabası ilə hərəkət edən valideynlər gündəlik ciddi çətinliklərlə üzləşirlər.

🚧 Səkilərdə park edilən avtomobillər, hündür bordürlər, dar keçidlər, pilləkənlər və istifadəyə yararsız panduslar körpə ilə gəzintini maneələr zolağına çevirir.

🚌 İctimai nəqliyyatda da vəziyyət ideal deyil. Dayanacaqla avtobus arasındakı məsafə, sərnişin sıxlığı və girişlərin əlverişsiz olması anaların əlavə köməyə ehtiyac duymasına səbəb olur.

♿ Bu problem yalnız uşaq arabası sürən valideynlərə aid deyil. Əlilliyi olan şəxslər, yaşlılar və hərəkət məhdudiyyəti yaşayan insanlar da eyni maneələrlə qarşılaşırlar.

📌 Çıxış yolu səkilərin avtomobillərdən azad edilməsi, bordür və pandusların standartlara uyğunlaşdırılması, yeni tikililərdə və ictimai məkanlarda əlçatanlığın əvvəlcədən nəzərə alınmasıdır.

🏙 Rahat şəhər o şəhərdir ki, ana körpəsi ilə evdən çıxanda qarşısına hansı maneənin çıxacağını düşünməsin.

REPORTAJ