Bakıda yeni avtomobil tuneli tikiləcək – VİDEO

🚗 Məhəmməd Xiyabani küçəsi ilə Xarici Dairəvi Avtomobil Yolunun kəsişməsində tunel tipli yolötürücüsü, dairəvi yolayrıcı və Qaradağ istiqamətində yan yolun tikilməsi planlaşdırılır.

“APA-Economics” xəbər verir ki, layihə 20 Yanvar, Şamaxinka və Qaradağ istiqamətlərində nəqliyyat sıxlığını azaltmağa hesablanıb. Piyadalar üçün də təhlükəsiz keçid infrastrukturu nəzərdə tutulur.