Başıma elə vurdu ki, həmin yerdən tük bitmədi” - məhkəmədə şok ifadələr

⚖️ Bakı Ağır Cinayətlər Məhkəməsində bacısı oğlu olan 15 yaşlı Ü.M-ə işgəncə verməkdə təqsirləndirilən Günay Novruzovanın məhkəməsi keçirilib.

🔹 Zərərçəkən bildirib ki, xalası onu dəfələrlə taxta ilə döyüb və zorakı rəftara məruz qoyub.

🔹 Onun sözlərinə görə, başına vurulan zərbədən sonra həmin nahiyədə saç çıxmayıb.

🔹 Məhkəmə iclasında zərərçəkən tərəflərin suallarını cavablandırıb, növbəti proses oktyabrın 14-nə təyin edilib.