Sumqayıtda kişi arvadını qayınatasının çəliyi ilə döyüb
👤 30 yaşlı Vidadi Mayılov (şərti adla) mübahisə zamanı həyat yoldaşının qollarına və kürəyinə çəliklə zərbələr vurub.
🚔 Qadının müraciətindən sonra kişi saxlanılıb, barəsində cinayət işi açılıb.
📌 Məhkəmədə o, hadisə günü içkili olduğunu, həyat yoldaşı ilə mübahisə etdiklərini və əməlindən peşman olduğunu bildirib.
⚖️ Qadın ondan şikayətçi olmadığını deyib. Məhkəmənin qərarı ilə işə xitam verilib, Vidadi Mayılov məsuliyyətdən azad olunub.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.