Xaricdə qadını amansızlıqla öldürən azərbaycanlılara 27 il həbs cəzası

⚖️ Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiya vətəndaşı Azaliya Asanovanı qətlə yetirməkdə təqsirləndirilən Seymur Məmişov və Elxan Xudiyev barəsində hökm oxunub.

📌 Məhkəmənin qərarı ilə Seymur Məmişov 13 il, Elxan Xudiyev isə 14 il müddətinə azadlıqdan məhrum edilib.

🔎 İstintaq materiallarına görə, onlar 2013-cü ildə Rusiyada qadını boğaraq öldürməkdə və cinayəti gizlətməkdə ittiham olunublar. Onlara qarşı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə və digər maddələrlə ittiham irəli sürülüb.