Bakıda 31 kq-dan çox narkotik aşkarlanıb

📍 Nərimanov RPİ-nin əməkdaşları əməliyyat keçirib.

⚖️ Narkokuryerlikdə şübhəli bilinən P.Mustafayev və Ə.İsmayılov saxlanılıb.

📦 Onlardan 31 kiloqramdan artıq narkotik vasitə götürülüb.

🔎 Araşdırma zamanı onların narkotikləri ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqları müəyyən edilib.

🚨 Faktla bağlı cinayət işi başlanılıb, məhkəmə qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.