Başımızın hüznə qarışmasından istifadə edib uşağın qanını batırmaq istəyirlər”

🔪 Bakıda sinif yoldaşı tərəfindən bıçaqlanaraq öldürülən 2012-ci il təvəllüdlü A.Ağayevin əmisi Zöhrab Ağayev Oxu.Az-a açıqlamasında ciddi iddialar səsləndirib.

🗣 Onun sözlərinə görə, qətldə şübhəli bilinən yeniyetmənin yaxınları onun ruhi xəstə olması barədə saxta sənəd hazırlatmağa çalışırlar.

📌 Zöhrab Ağayev iddia edib ki, yeniyetmə qardaşı oğlunu məktəbin arxasına çağıraraq bıçaqlayıb. Uşaq xəstəxanada dünyasını dəyişib.

⚖️ Ailə hüquq-mühafizə orqanlarından hadisənin obyektiv araşdırılmasını və təqsirkarın məsuliyyətə cəlb olunmasını istəyir.