Bir millət, iki dövlət” münasibətlərinə kölgə salan iddialar
Son günlər Türkiyənin sosial media məkanında Azərbaycanla bağlı iki məsələ ətrafında ittihamlar yayılır.
▪️ Məktəbli geyiminə dair qərar “hicab qadağası” kimi təqdim olunur. Halbuki qərarda “hicab” və ya “baş örtüyü” ayrıca qeyd edilmir.
▪️ Azərbaycan nümayəndəsinin Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı zamanı zalda qalması isə siyasi dəstək bəyanatı kimi təqdim edilir. Nümayəndənin zalda olması çıxış edənin mövqeyini dəstəkləmək anlamına gəlmir.
Azərbaycanın daxili qərarları və xarici siyasəti ölkənin suveren hüququdur.
🇦🇿🤝🇹🇷 “Bir millət, iki dövlət” münasibətlərinin qorunması həssas məsələlərin dəqiq faktlarla və qarşılıqlı hörmətlə müzakirəsini tələb edir.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.