Bir vaxtlar evi, işi, ailəsi və arzuları olan insanlar bu gün ahıllar evində yaşayırlar. Kimi övladının yolunu gözləyir, kimi xatirələrə sığınır, kimi də “övladlarıma yük olmaq istəmirəm” deyir.
Lent.az keçmiş deputat Mirvari Məmmədovanın, üç qız atası olan 76 yaşlı Kərim Kərimovun və ömrünün yarısını televiziyaya həsr etmiş, oğlu ömürlük həbsə məhkum olunan Müslümət Rzaxanovanın həyat hekayələrini təqdim edir.
Ahıllardan birinin sözləri isə yadda qalır: “Məktəbə gedirsən – imtahan, universitetə gedirsən – imtahan, burada da sorğu-sual, öləndə də imtahan”.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.