Bir zamanlar səsi böyük səhnələrdən, radio və televiziya efirindən gələn bu sənətkar Azərbaycan muğamının tanınmış simalarından biri olub. Uzun illər ifaları ilə yadda qalıb, müəllim kimi də yeni nəsil xanəndələrin yetişməsində iştirak edib.
Lent.az “Unudulan Sənətkarlar” rubrikasında bu dəfə ömrünü muğama həsr edən, zəngin yaradıcılıq yolu keçən Xalq artisti Canəli Əkbərovun həyat və sənət yolunu təqdim edir.
Canəli Xanəli oğlu Əkbərov 1940-cı il martın 10-da Lənkəran rayonunun Tükəvilə kəndində dünyaya gəlib.
Muğam mühiti onun uşaqlıq illərindən həyatının bir hissəsi olub. Atası Xanəli Əkbərov xanəndə, babası Kərbəlayi Ağaməhəmməd isə muğam ifaçısı kimi tanınıb.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.