Vətən daşı” sənədli filminin təqdimatı keçirilib

🇦🇿 “Global Media Group” və “Report” İnformasiya Agentliyinin hazırladığı “Vətən daşı” sənədli filmi tamaşaçılara təqdim olunub.

📍 “Nizami” Kino Mərkəzində keçirilən təqdimat mərasimində şəhid ailələrinin üzvləri, qazilər, hərbçilər, dövlət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

🎖️ Film Vətən müharibəsi və antiterror tədbirləri zamanı qəhrəmanlıq göstərən, Azərbaycanın ilk Komando hərbi hissəsinin qərargah rəisi polkovnik-leytenant Əkrəm Şadmanovun və onun ailəsinin həyat hekayəsindən bəhs edir.

🕊️ “Vətən daşı” filmində şəhidimizin döyüş yolu, ailəsinin yaşadığı anlar, Vətən sevgisi və Qələbəyə aparan qəhrəmanlıq salnaməsi əks olunub.