Bu günün faktiki hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 24-də ölkənin əksər ərazilərində yağış yağıb, bəzi yerlərdə yağıntılar intensiv və güclü olub.
❄️ Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb. Şahdağda qar örtüyünün hündürlüyü 3 sm-ə çatıb.
🌧️ Ən çox yağıntı Şəkidə (47 mm) və Zaqatalada (44 mm) qeydə alınıb. Bakıda və Abşeronda isə 7 mm-dək yağış yağıb.
🧊 Ötən gecə Şəkinin Oxud və Kişçay kəndlərinə dolu düşüb.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.