Cəlilabadda 10 nəfər zəhərlənib, aralarında uşaqlar da var

Cəlilabadın bir neçə sakini zəhərlənmə diaqnozu ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin məlumata görə, onlar Biləsuvarda əsgər yolasalma mərasimində iştirak etdikdən sonra özlərini narahat hiss ediblər.

Zəhərlənməyə qonaqlıqda qəbul edilən qidanın səbəb olduğu ehtimal edilir.

| APA