Cəlilabadda məktəb direktoru saxta attestat satdığına görə cəzalandırılıb

📌 Mikayıllı kənd tam orta məktəbinin direktoru 11 illik təhsil attestatını saxtalaşdıraraq 500 manata satmaqda təqsirli bilinib.

🔎 Araşdırma zamanı direktorun məktəbdə çalışan xadimənin attestatındakı ad və soyadı dəyişərək sənədi başqa şəxsə verdiyi müəyyən edilib.

⚖️ Məhkəmənin qərarı ilə direktora 1 il 6 ay islah işləri cəzası verilib. O, həmçinin 1 il müddətinə təhsil sahəsində müəyyən rəhbər və maddi-məsul vəzifələr tutmaq hüququndan məhrum edilib.