Cəlilabadda qadın yıxıldı, əlindəki bıçaq qarnına batdı
📍 Cəlilabadın Göytəpə şəhərində 24 yaşlı qadın bıçaq xəsarəti alıb.
🔹 O, evin pilləkənlərindən yıxılarkən əlində olan mətbəx bıçağı qarnına batıb.
🏥 Yaralı xəstəxanaya yerləşdirilib, müalicəsi davam etdirilir.
🔎 İlkin məlumata görə, hadisə qadının yaxınları ilə turşu hazırladığı vaxt baş verib. Fakt araşdırılır.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.