Qarabağ Universitetində idman müəllimi işləmiş Faiq Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.
"Real Azərbaycan" xəbər verir ki, 1993-cü il təvəllüdlü təqsirləndirilən şəxs dələduzluqda, hədə-qorxu ilə tələb etmədə və əxlaqsız hərəkətlərdə ittiham olunub.
Onun bu davranışından iki tələbə zərər çəkib.
Tələbələrin şikayətində sonra F.Məmmədov barəsində araşdırma aparılıb, o, saxlanılaraq istintaqa təhvil verilib. Təqsirləndirilən şəxsin törətdiyi əməllər sübuta yetirilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, F.Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, F.Məmmədov hadisədən sonra Qarabağ Universitetindəki işindən xaric edilib.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.