Daxili Qoşunların baş çavuşu: “Vətənə xidmət böyük şərəfdir”

Vətən müharibəsi və 2023-cü ilin antiterror əməliyyatının iştirakçısı Rzaqulu Qurbanov hazırda Daxili Qoşunların xüsusi təyinatlı bölməsində pulemyotçu kimi xidmət edir.

🏅 O, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

💬 “Vətənə xidmət mənim üçün sadəcə peşə deyil, böyük şərəf və məsuliyyətdir”, – deyə Qurbanov bildirib.