Dələduzluqda şübhəli bilinən Azərbaycan vətəndaşı Elmir Nuriyevin Almaniyadan ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

🏠 İstintaqa görə, o, özünü şirkət rəhbəri kimi təqdim edərək vətəndaşlara mənzillərini təmir edəcəyinə dair yalan vədlər verib və xeyli miqdarda ziyan vurub.

🌍 Elmir Nuriyev istintaqdan yayındığı üçün beynəlxalq axtarışa verilib, daha sonra Almaniyada saxlanılıb. ✈️ Hazırda onun Azərbaycana gətirilməsi istiqamətində tədbirlər davam etdirilir.