Ən bahalı əl işimi 12 min manata satmışam” – Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

Lent.az rəssam-dizayner Təhminə Seyidzadə ilə müsahibəni təqdim edir:

🖌️ “15 ildən çoxdur ki, “Xarıbülbül” brendi üzərində çalışıram və məhsullarımız bu ad altında satışa, sərgilərə çıxarılır”.

🌍 “45-dən çox ölkədə olmuşam və 250-yə yaxın beynəlxalq və yerli sərgidə iştirak etmişəm. Hər dəfə yeni işlərlə təmsil olunmağa çalışmışam”.

💰 “Ən bahalı məhsulumuz dörd metrə yaxın ölçüdə olan güzgü olub. Onun üzərindəki kaşılar altı ay ərzində hazırlanıb. Dizayn prosesi çox geniş və əziyyətli olub. Həmin güzgünü 12 min manata satmışam. Bu, indiyədək satdığım ən bahalı məhsuldur.

Ümumiyyətlə, məhsullarımız yerli bazarda ucuz deyil. Keramika sahəsində “Xarıbülbül”ün məhsulları yüksək qiymət seqmentindədir. Bunun səbəbi istifadə etdiyimiz materialların keyfiyyətidir”.