Misir Qasımlıya qarşı aparılan qarayaxma kampaniyası yenidən gündəmə gətirilir. 44 günlük Vətən müharibəsinin qazisi olan Misir Qasımlı haqqında 2022-ci ildə yayılan və sonradan həqiqətə uyğun olmadığı ortaya çıxan məlumatlar bu gün yenidən tirajlanaraq cəmiyyətə yanlış informasiyalar ötürülür.

Misir Qasımlı Vətən müharibəsində erməni işğalçılarına qarşı döyüşüb. O, 5 ildən artıqdır ki, Ukrayna həbsxanalarında azadlıqdan məhrumdur, müxtəlif təzyiqlərlə üzləşməsinə baxmayaraq, hər zaman başını dik tutaraq dövlətini və Vətənini qürurla müdafiə edib.

Misir Qasımlı bunu keçirilən məhkəmə proseslərində də öz mövqeyi ilə nümayiş etdirib.

Bu gün isə illər əvvəl yayılmış, həqiqətə uyğun olmadığı ortaya çıxan məlumatların yenidən gündəmə gətirilməsi cəmiyyətdə yanlış təsəvvür yaradır.

Gəlin, yayılan şayiələrə deyil, faktlara inanaq. Ukraynada 5 ildən artıqdır həbsdə olan, Vətən müharibəsinin qazisi Misir Qasımlının yanında olaq. Ən azı onun yaşadığı bu ağır prosesə biganə qalmayaq!

Qazimizə sahib çıxaq, həqiqətin üzə çıxmasını tələb edək!