Formula 1 Azərbaycan Qran-Prisi yaxın gələcəkdə Bakının mərkəzindən “Sea Breeze”ə köçürülə bilər.

🗣️ Bu barədə iş adamı Emin Ağalarov özü məlumat verib.

“Əslində bu, böyük hazırlıq tələb edən önəmli bir hadisədir. Bunun üçün Formula 1 memarlarını, faktiki olaraq bütün trasların layihəsini hazırlamış “Tilke” şirkəti ilə əlaqədəyik”

❗️ E.Ağalarov bildirib ki, 2030-2031-ci illərə qədər trası ətraf infrastruktur ilə birgə inşa etmək mümkün olarsa, nəzəri olaraq Formula yarışları “Sea Breeze”ə köçürülə bilər.

“Bizim ona doğru getdiyimiz bir arzumuz var. Arzu etdiyimiz hər şey reallaşıb. Ona görə də “Sea Breeze”də Formula 1 uzaqda deyil”.