Formula 1-ə görə Bakıda 3 metro stansiyasının iş qrafiki dəyişir

📅 24–26 sentyabr tarixlərində “İçərişəhər”, “Sahil” və “28 May” stansiyaları gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

🌙 24-dən 25-ə və 25-dən 26-na keçən gecə bu stansiyalar sərnişin girişinə saat 01:00-dək açıq olacaq.

👥 Stansiyalarda əlavə işçi qüvvəsi ayrılacaq.

🚇 Yaşıl və Bənövşəyi xətlər üzrə hərəkət adi qaydada təşkil ediləcək. Qırmızı xəttin digər stansiyaları isə 00:00-da bağlanacaq.