Gədəbəy rayonunda 34 yaşlı kişi həmyaşılına x*sarət yetirməkdə ittiham olunub.
Gədəbəydə yerləşən Avtovağzal Kompleksi yaxınlığında 1992-ci il təvəllüdlü Mensur işlədiyi avtoyuma məntəqəsində olarkən avtomobil yuduzdurmaq üçün ora gəlmiş tanışı Bilmanın (adlar şərtidir) ona “sən arvadının canı, təmiz yu” sözünü dediyi üçün dəmir parçası ilə onu vu4rub.
Mensurun barəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Mensur ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, maşını yuduzdurmağa gələn Bilman ona “sən arvadının canı, təmiz yu” deyib.
“Bu sözdən sonra yerdə gördüyüm dəmir parçası ilə onu d&ydüm. Bilmanın harasından v4rduğumu bilməmişəm. Bundan sonra qardaşım bizi araladı”, - deyə Mensur ifadəsindən bildirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mensur 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.