Generalın oğlu və digər gömrükçülər AZADLIĞA BURAXILDI
🔹 Bakı Ağır Cinayətlər Məhkəməsində aksiz markasız tütün məmulatlarının qaçaqmalçılığında təqsirləndirilən dəstənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
🔹 İş üzrə “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı”nın direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, briqadir Fərrux Haqverdiyev, Hövsan gömrük postunun rəisi Fərid Usubov, inspektor Heydər Eyvazlı, Tamerlan Axundzadə və digər şəxslər təqsirləndirilirlər.
🚬 İstintaqa görə, liman və gömrük əməkdaşlarının da daxil olduğu şəxslər BƏƏ və İrandan ümumi dəyəri 5,4 milyon manatdan çox olan tütün məmulatlarını aksiz markası olmadan ölkəyə keçirməkdə ittiham edilirlər.
🔹 Təqsirləndirilən Fərid Usubov uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-leytenant Cəbrayıl Usubovun oğludur.
🔹 İş üzrə daha əvvəl həbs edilən Ruslan Eyyubov isə səhhəti ilə əlaqədar məhkəmə qərarı ilə ev dustaqlığına buraxılıb.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.