Sevdiyi qızı alan kişini armaturla döydü - Astarada

📍 Hadisə Astarada, dənizkənarı ərazidə baş verib.

🔹 58 yaşlı İlham Hacıyev mübahisə zamanı İlqar Qarayevin sifətinə armaturla zərbə vuraraq onu yaralayıb.

🗣 Zərərçəkənin sözlərinə görə, İlham ona “Sən mənim istədiyim qızı almısan” deyərək hücum edib.

🔹 Təqsirləndirilən şəxs isə qadınla sevgi münasibətinin olmadığını, sadəcə dostluq etdiklərini bildirib.

⚖️ Məhkəmə İlham Hacıyevi 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib.