Göyçay və Biləsuvarda narkotik əməliyyatı: 4 nəfər saxlanıldı
👮♂️ Polis əməkdaşlarının keçirdiyi əməliyyatlar zamanı külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.
📍 Göyçayda saxlanılan A.Abdullayev və E.Məmmədovdan 3 kiloqram 500 qram müxtəlif növ narkotik vasitə aşkarlanıb. Onların narkotikləri satış məqsədilə əldə etdikləri bildirilib.
📍 Biləsuvarda isə M.Abdullayevdən 10 kiloqramdan artıq narkotik vasitə və 118 ədəd narkotik tərkibli həb, F.Pirməmmədovdan isə 7 kiloqrama yaxın narkotik götürülüb.
⚖️ Saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
📌 Qeyd edək ki, son 10 gün ərzində Biləsuvar rayonunda keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 34 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.