Polşada monastıra bıçaqlı hücum: 1 ölü, 4 yaralı

🇵🇱 Polşanın Yaroslav şəhərində Benediktin rahibələrinin monastırında bıçaqlı hücum baş verib.

⚠️ Hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Yaralananlardan 3-nün keşiş olduğu bildirilib.

🏥 Yaralılar xəstəxanaya yerləşdirilib. Keşişlərdən biri tibbi müəssisədə dünyasını dəyişib, digər iki keşişin vəziyyətinin ağır olduğu qeyd olunub.

Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsi saxlayıb. Onun 31 yaşlı Ukrayna vətəndaşı olduğu və üzərində bıçaq aşkar edildiyi bildirilib.

🔎 Hücumun səbəbi hələ məlum deyil, araşdırma davam edir.