Hadisə olan günü “Qarabağ”ın oyununa baxırdım” – 3 nəfərin ölümündə təqsirləndirilən DİREKTOR

▪️ “Loft Dent” klinikasının direktoru Bəhruz Paşayev məhkəmədə bildirib ki, hadisə baş verən gün Sumqayıtda evində “Sumqayıt”–“Qarabağ” matçına baxıb.

💬 O, zərərçəkənlərdən üzr istəyərək klinikada sadəcə icraçı direktor olduğunu deyib. Paşayevin sözlərinə görə, əvvəl 270 manat maaşla dalandar işləyib, direktor olduqdan sonra isə aylıq qazancı 42 min manata çatıb.

🔥 İttihama görə, klinikanın yerləşdiyi binada elektromobillər üçün şarj stansiyası quraşdırılarkən lazımi texniki şərtlər və icazələr olmadan elektrik xətləri çəkilib.

▪️ Baş verən yanğın nəticəsində 3 nəfər həyatını itirib. Məhkəmənin növbəti iclası noyabrın 4-nə təyin olunub.