Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazı əməkdaşlıq məkanına çevirib

🌍 Prezidentin köməkçisi Hikmət Hacıyev amerikalı professor Ceffri Saksla görüşündə Azərbaycanın regionu böyük güclərin “döyüş məkanı”ndan bütün tərəflər üçün əməkdaşlıq məkanına çevirdiyini bildirib.

🇦🇿 O qeyd edib ki, Azərbaycan 35 illik müstəqilliyinin 34 ilini müharibə şəraitində keçirməsinə baxmayaraq, Xəzərdən Avropaya yaşıl enerji dəhlizi qurur.

🌱 Görüşdə Ermənistanla sülh prosesi, Xəzərin 800 giqavatlıq külək enerjisi potensialı, COP29 və süni intellekt məsələləri də müzakirə olunub.