İçdiyim suya yuxu dərmanı atdığını düşünürəm” – 276 minlik oğurluq işi

⚖️ Bakıda silsilə oğurluqlarda təqsirləndirilən Aysel Zeynalova və Vüsal Zeynalovun məhkəməsi davam edir.

🔸 Zərərçəkən bildirib ki, Aysel Zeynalova ilə “Sea Breeze”də villada qaldığı gecə qeyri-adi dərəcədə dərin yatıb.

💬 “Düşünürəm ki, oğurluğu maneəsiz edə bilsin deyə içdiyim suya yuxu dərmanı atıb”.

⌚ Zərərçəkənin “Rolex” saatı geri qaytarılıb, qızıl qolbağının isə Vüsal Zeynalov tərəfindən Gəncədə satıldığı bildirilib.

💰 İttihama görə, təqsirləndirilən şəxslər üç vətəndaşdan 276 min manatlıq qızıl-zinət əşyaları, 1000 manat və 2 mobil telefon oğurlayıblar.

📅 Növbəti məhkəmə prosesi 23 oktyabra təyin edilib.