İlham Əliyev və Nikol Paşinyan Dublində görüşüblər

Görüşdə sülh gündəliyi, TRIPP marşrutunun inkişafı, sərhədlərin delimitasiyası və iqtisadi-ticari əlaqələr müzakirə olunub. Ötən ilin noyabrından Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşındığı qeyd edilib.

Tərəflər gələcəkdə elektrik şəbəkələrinin birləşdirilməsi imkanlarını müzakirə edib, transsərhəd çayların idarə olunması üzrə işçi qrupların yaradılmasını alqışlayıblar.