Məşhur icra başçısının oğlu məhkəmədə DİNDİRİLDİ – Siqaret qaçaqmalçılarının İŞİ

Bakı-Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında 5,4 milyon manatdan artıq dəyərdə siqaret qaçaqmalçılığı ilə bağlı məhkəmə prosesi davam edib.

📌 Gəncənin sabiq icra başçısı Rasim Daşdəmirovun oğlu Rəşad Daşdəmirov ifadəsində hadisə zamanı Alma-Atada ezamiyyətdə olduğunu və konteynerlərin yerləşdirilməsində iştirak etmədiyini bildirib.

Növbəti məhkəmə prosesi dekabrın 17-nə təyin olunub.